Rəşad Sadıqov: "Necə edəcəyik, bunu düşünürük" - MÜSAHİBƏ

19.05.2017 | 2990 dəfə oxunub

Bu gün U-19 liqasında qaliblərin mükafatlandırma mərasimi keçirilib. Sona 2 tur qalmış çempionluğu təmin edən “Qarabağ”ın U-19 komandası qızıl medallarına qovuşub. Komandanın baş məşqçisi, eyni zamanda hazırda Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanlığını edən Rəşad Sadıqov mərasimdən sonra jurnalistlərin  suallarını cavablandırıb:

- U-19-lar arasında ölkə çempionu olaraq, baş məşqçi kimi ilk titulunuzu qazandınız. Təəssüratlarınız və növbəti planlarınız haqda danışardınız...

- Xoş hisslər keçirirəm. Əlimizdən gələni etdik ki, yekun uğurlu alınsın. Çempion olmaq şərt deyil. Uşaqların əsas komandanın oyununa uyğunlaşması, ab-havanı hiss etməsi vacib idi. Bunun üçün zaman lazımdı, 1-2 ilin işi deyil. Gələcək planlarla bağlı indidən bir söz deyə bilmərəm.

- Bu komanda UEFA Gənclər Liqasında çıxış edəcək. Komandanı oyunlara siz hazırlayacaqsınız?

- Çalışacam ki, komandanı oyunlara özüm çıxarım. Həm U-19 Gənclər Liqasına hazırlaşmalıdı, həm də özüm “Qarabağ”ın heyətində Çempionlar Liqasına hazırlaşmalıyam. Üstəlik, millinin oyunları da var. Bunların hamısını balanslaşdırmalıyıq. Necə edəcəyik, bunu düşünürük. Həm də Gənclər Liqası ilə bağlı problem var. Bu heyətdən cəmi 3 futbolçu çıxış edəcək, qalanı yaşla əlaqədar komandanı tərk edəcək.

- Uzun müddətdi “Qarabağ”ın aşağı yaş qruplarından əsas heyətə futbolçu yüksəlmir. Bu problemi aradan qaldıra biləcəksinizmi?

- 1-2 ildən sonra bu uşaqlardan 3-4-ünü əsas komandada görmək mümkün olacaq.

- Millidə vəziyyət necədi?

- Məşqlərimiz davam edir. Hər şey qaydasındadı. Bizi çox vacib qarşılaşma gözləyir. Hamımızın diqqəti həmin matça yönəlib.

- Avstriya toplanışında yoxlama oyununun keçirilib-keçirilməyəcəyi məlum deyil. Yoldaşlıq görüşü baş tutmasa, ay yarım rəsmi oyun keçirmədən Şimali İrlandiya önünə çıxmaq çətin olmayacaq?

- Təbii ki, bu qədər vaxtda rəsmi matç keçirməmək problem yaradacaq. Bu haqda məşqçilər korpusu düşünəcək. Oyun olmasa, çalışacaqlar bu boşluğu hansısa bir yolla aradan qaldırsınlar.

- Şimali İrlandiyanı Bakıda yenə məğlub etmək mümkün olacaqmı?

- Başımızı aşağı salıb oyuna hazırlaşırıq. İndidən nəsə söz vermirik. Görüşü düşünürük və hazırlaşırıq.

- U-23 yığmamız IV İslam Həmrəyliyi Oyunlarında yarımfinal matçını “Dalğa Arena”da keçirdi. Amma həmin vaxt toplanışda olan əsas milli stadiona gəlmədi. Səbəbi nə idi?

- Oyunu hamımız televiziya vasitəsilə canlı izlədik və dəstəyimizi əsirgəmədik. Sadəcə, indi ağır fiziki hazırlıq keçirik. Həmin gün də ağır məşqlərdən çıxmışdıq. Buna görə də televiziyadan izləməyi üstün tutduq. Final oyununu səfərdə izləyəcəyik. Fürsətdən istifadə edib qeyd edim ki, uşaqlar əla oyun nümayiş etdirdilər. Xüsusilə də, ikinci hissədə lap yaxşı çıxış etdilər. Finalda uğurlar arzulayıram və qalib gələcəklərinə inanıram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail