İslamiada: Uşu-sandada 6 döyüşçümüz yarımfinalda - YENİLƏNİB

20.05.2017 | 3943 dəfə oxunub

Bakıda təşkil olunan IV İslam Həmrəyliyi oyunlarında ölkəmizi uşu-sanda millisi də təmsil edir. Stadium.Az xəbər verir ki, artıq bu yarışda mübarizəyə də start verilib.

48 kq

Bu çəkidə ölkəmizi təmsil edən Orxan Hətəmov ilk görüşündə İordaniya təmsilçisi Əmmar Əlşami ilə üz-üzə gəlib. Orxan rəqibinə qalib gələrək yarımfinal mərhələsinə vəsiqə qazanıb.

56 kq

Bu çəkidə Elçin Eminov mübarizə aparır. O, ilk mərhələdən azaddır. Elçin 1/4 final mərhələsində Avazbek Amanbekovla qarşılaşıb.

Elçin rəqibinə qalib gəlib. Bununla da Eminov yarımfinala vəsiqə qazanıb.

60 kq

Bu çəkidəki təmsilçimiz Ruslan Pirəliyev ilk mərhələdən azad olub. O, 1/4 finalda pakistanlı Abdullah Abdullahla üz-üzə gəlib.

İki raundda qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir dəfə qalib olub. Qalibi müəyyən etmək üçün 3-cü raund oynanılıb. Bu dəfə daha fəal olan təmsilçimiz qalib olub. 

65 kq

Bu şəkidə ölkəmizi Bayram Şəmmədov təmsil edir. O iordaniyalı Yazeed Hasanainlə qarşılaşıb. Bayram bu görüşdə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Bayramın bu mərhələdəki rəqibi isə bu çəkidə favorit olan türkiyəli döyüşçü Ay Ali olacaq.

70 kq

70 kq çəki dərəcəsində ölkəmizi Vüqar Kərəmov təmsil edir.

Vüqarda ilk döyüşünü qələbə ilə başa vurub. Vüqar əfqanıstanlı Zaker Əhməd Bakhişi ilə üz-üzə gəlib və rəqibinə qalib gəlib. 

Vüqar 1/4 final mərhələsində türmənistanlı Səlahəddin Bayramovla üz-üzə gəlib. Vüqar rəqibinə tam üstünlüklə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

75 kq

75 kq çəki dərəcəsində isə bu yarışda ölkəmizin ən tanınmış idmançısı Pərviz Abdullayev təmsil edir.

Pərviz də ilk döyüşünü qələbə ilə başa vurub. Abdullayev türkmənistanlı Rəhmət Ovezberdiyevə qalib gəlib.

Pərviz yarımfinla çıxmq üçün türkiyəli döyüşçü İsmail Uzunərlə üz-üzə gəlib. Kobra ləqəbli döyüşçümüz rəqibinə tam üstünlüklə qalib gələrək adını yarımfinala yazdırıb.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail