"Fəaliyyətimi "Şüvəlan”da davam etdirəcəyimlə bağlı dəqiq bir söz deyə bilmərəm"

24.05.2017 | 4529 dəfə oxunub

AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun digər komandaların sükanı arxasına keçmə variantı baş tutmayıb. 

Stadium.Az xəbər verir ki, bu barədə 46 yaşlı mütəxəssisin özü məlumat verib. 

O, təkliflər aldığı klubların adlarını çəkməyib: "Təkliflər var idi, hamısı getdi. Biri I Diviziondan idi, lakin həmin komandanı elitaya buraxmadılar. Digəri isə Premyer Liqa təmsilçisi idi. Alınmadığı üçün ad çəkməyə lüzum görmürəm".

Əhmədov baş məşqçi karyerasını artıq "Şüvəlan"a çevrilən klubda davam etdirib-etdirməyəcəyi barədə qəti fikir açıqlamayıb:

"Fəaliyyətimi "Şüvəlan”da davam etdirəcəyimlə bağlı dəqiq bir söz deyə bilmərəm. Normal şəraitdə işləmək istəyirəm. Üç il AZAL-da çalışdım. Son mövsüm çox ağır şərtlərdə işlədik. Təəssüf ki, il ildən pis gəldi. Açığı, I Divizionda işləmək istəmirəm. Orada gedən prosesləri eşitdiyim üçün uyğun görmürəm. İstəmirəm ki, adım ləkələnsin. Qumar oyunlarına görə ağlımdan keçirmirəm. Gələcəyini fikirləşən məşqçi üçün bu, çətin məsələdir. Həmin bataqlığa girmək istəmirəm. Məcbur olub, gözləyəcəyik".

Azərbaycan millisinin sabiq baş məşqçisi ölkə futbolunda vəziyyətin düzələcəyinə ümid etdiyini də əlavə edib: "Siz nə qədər bilirsinizsə, mən də  o qədər məlumatlıyam. Hamı deyir yaxşı olacaq, ancaq konkret nə olacaq, necə olacaq, deyən yoxdur". 
 
AZAL Premyer Liqada ötən mövsümü 10 xalla sonuncu pillədə başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail