İlqar Qurbanov "Qəbələ"yə keçməkdən imtina edib

24.05.2017 | 4597 dəfə oxunub

“Qarabağ” klubundan ayrılan futbolçu İlqar Qurbanovun “Qəbələ” komandasına keçidi baş tutmayıb. Stadium.Az xəbər verir ki, bu barədə “Report”a “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.

O bildirib ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını ölkə xaricində davam etdirmək istəyir: “İlqar Qurbanovun “Qəbələ”yə keçidi gündəmimizdə idi. Lakin o, karyerasını Türkiyədə davam etdirmək istədiyi üçün komandamıza transferi baş tutmadı”.

Türkiyənin “Fənərbaxça” klubunun yetirməsi olan İlqar Qurbanovun peşəkar futbolçu kimi müqavilə bağladığı ilk klub "Xəzər Lənkəran” olub.

O, karyerası ərzində “Olimpik-Şüvəlan”, eləcə də Türkiyənin “Sivasspor”, “Boluspor” və “Mesin İdman Yurdu” klublarının formasını geyinib. Azərbaycan milli komandasının sabiq üzvü 2011-ci ildən “Qarabağ”da çıxış edirdi. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail