Karateçilərimizin şərəfinə verilən ziyafətdə ölüm hadisəsi

25.05.2017 | 3257 dəfə oxunub

Ötən gün axşam saatlarında Azərbaycan Milli Karate Federasiyası tərəfindən Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış edən karateçilərimizin şərəfinə ziyafət verilib.

Stadium.Az xəbər verir ki, paytaxtdakı restoranlardan birində baş tutan əyləncə məclisində üzücü hadisə yaşanıb. Məclisdə iştirak edən beynəlxalq dərəcəli hakim Yusif Məmmədov anidən yerə yıxılıb. Ona ilkin, daha sonra təcili tibbi yardım göstərilsə də, Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Məlumatı "Yeniçağ.az"a açıqlamasında federasiyasının mətbuat xidmətinin rəhbəri Sənan Məhərrəmov da təsdiqləyib: “Federasiyanın üzvləri ilə İslam Oyunlarındakı qazandığımız nəticələri bayram edirdik. Yusif müəllim hakimlərlə birlikdə çıxış etdi, bir az oynadı. Az sonra isə qəfildən ayaq üstə durduğu yerdə yerə yıxıldı. İlkin yardım göstərdik, süni nəfəs verdik, ürəyini oyatmaq üçün döş qəfəsini massaj etdik, təcili tibbi yardım çağırdıq. Hardasa 25 dəqiqə sonra gəldilər ki, keçinib. İlkin diaqnoz olaraq infarkt dedilər. Rəsmi prosedurlardan sonra əvvəlcə Göy məscidə, daha sonra isə mərhumun evinə yollandıq. 64 yaşı aprel ayında tamam olmuşdu. Sağlamlığından heç şikayəti yox idi. Hacı olduğu üçün spirtli içkilərdən də uzaq durardı. O, 7 beynəlxalq dərəcəli hakimimizdən biri idi. Allah rəhmət eləsin!”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail