"Azərbaycanla matç bizim üçün böyük oyundur"

25.05.2017 | 2796 dəfə oxunub

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan - Şimali İrlandiya qarşılaşması iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Stadium.Az xəbər verir ki, Şimali İrlandiya milli komandasının futbolçusu Kayl Lafferti "Belfast Telegraph"a açıqlamasında sözügedən qarşılaşma barədə danışıb.  Hazırda klubsuz olan 30 yaşlı hücumçu bildirib ki, Bakıda keçirəcəkləri görüş onlar üçün böyük əhəmiyyətə malikdir:

"Ardıcıl qələbələrimizin davamının gələcəyinə inanıram. Düzdür, biz favorit olaraq, təzyiq altında çıxış edəcəyik. Lakin belə görüşlərdən qalib ayrılmağı bacarırdığımızı sübuta yetirmişik. Rəqiblərimizi, lazım gəlsə, pis oyunla da, gözəl tamaşa ilə də yenə bilərik. İllər öncə biz qələbələr gözləyirdik. Amma artıq San Marino, Azərbaycan və hətta Norveçlə görüşlərdə də göstərdik ki, bunun öhdəsindən gəlmək üçün imkanlara və xarakterə malikik. Azərbaycanla matç bizim üçün böyük oyundur. Azərbaycan millisinə səfərdə də qalib gəlməklə, qrupdakı bütün rəqiblərimizə ciddi mesaj göndərə bilərik. Qrupda yaxşı start götürmüşük və hesab edirəm ki, ardını gətirə bilərik. Hər 3 rəqibə qalib gəlsək, "pley-off"da oynamağa imkan verən 2-ci pilləni qoruya bilərik".

Kayl Lafferti DÇ-2018-in seçmə qrup mərhələsində 3 qol vurub. Qollardan 1-i 2016-cı il noyabrın 11-də Belfastda Azərbaycan millisini 4:0 hesabı ilə yendikləri görüşə təsadüf edib. Lafferti komandasının 5 matçından 3-də meydana əsas heyətdə çıxıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail