II Avropa Oyunlarının proqramı açıqlanıb

25.05.2017 | 2901 dəfə oxunub

2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının proqramına 16 idman növü salınıb.

Stadium.Az xəbər verir ki, Oyunların Təşkilat Komitəsinin açıqlamasında bildirilib ki, 2015-ci ildə Bakıda təşkil olunmuş ilk Oyunlarla müqayisədə əsas yer idmanın kraliçası sayılan atletikaya veriləcək. Bu dəfə aşağı divizion ölkələri deyil, yüksək səviyyəli atletlər çıxış edəcəklər.

Digər tərəfdən, II Avropa Oyunlarında qılıncoynatma, taekvondo, triatlon və su idman növləri üzrə yarışlar keçirilməyəcək. Beləliklə, Oyunların proqramında atletikadan əlavə, badminton, stritbol (basketbol 3X3), boks, güləş, stolüstü tennis, karate, kamandan oxatma, çimərlik voleybolu, velosiped idmanı, sambo, akademik, kayak və kanoe qayıqlarında avarçəkmə, atıcılıq və gimnastika yer alacaq. Proqrama ağırlıqqaldırmanın da salınacağı planlaşdırılırdı. Lakin son anda bu növ siyahıdan çıxarılıb. Gimnastika, güləş, habelə, olimpiadanın proqramına salınmayan stritbol, sambo və çimərlik futbolu istisna olmaqla, qalan növlər üzrə yarışlar Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Minskdə 4000-dək idmançı və 2000-dək rəsmi şəxsin iştirakı nəzərdə tutulub. İdmançılar Tələbə Şəhərciyində yerləşdiriləcəklər. Oyunlar 21 - 30 iyunda keçiriləcək. Açılış və Bağlanış mərasimləri "Dinamo" stadionunda təşkil olunacaq. "Minsk 2019"un şüarı "Bright You" ("Sən parlaqsan") olacaq. Bu isə qısaldılmış formada BY (Belarus) deməkdir.

Avropa Olimpiya Komitəsi idmançı və rəsmi şəxslərin səfər xərclərini öz üzərinə götürəcək. Təşkilat Komitəsi isə Minskdə qalma xərclərini qarşılayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail