"Qəbələ" bütün klubları qabaqladı

26.05.2017 | 3711 dəfə oxunub

“Qəbələ” 2016-2017-ci illər mövsümünün ən yaxşı nəticəsinə imza atıb. Stadium.Az klubun rəsmi saytına istinadən məlumat verir ki, “qırmızı-qaralar” 11 komanda ilə təmsil olunduğu liqalarda hamıdan çox mükafat toplayıb.

Düzdü, onlar ötən mövsüm çıxış etdiyi bütün liqalarda mükafatçılar sırasına düşməklə müəyyənləşdirdiyi Azərbaycan rekordunu təkrarlamasa da, bu mövsüm rəqibləri ilə müqayisədə daha çox çempionluq və medala yiyələnib. 

Premyer Liqasında 2-ci olan əsas komanda tarixində ilk dəfə gümüş mükafata yiyələnib. Vitse-çempion həm də ardıcıl dördüncü dəfə mükafatçılar arasında yer alıb. Ardıcıl 2-ci, tarixdə 3-cü dəfə eyni mövsümdə həm əsas, həm də əvəzedicilər yarışı mükafatla başa vurub. Ötən mövsümdə ilk qızılını qazanan əvəzedicilər 2011-2012, 2013-2014-cü illərdə olduğu kimi yenə gümüş qazanıb. Aktivində 2009-2010, 2010-2011 mövsümlərinin bürüncü də olan komanda tarixində 6-cı dəfə “üçlük”də yer alıb. 

Çempionatı gümüş mükafatla başa vuran Roman Qriqorçuk və Hüseynqulu Quliyevin yetirmələrinin bu uğurlarına futbol akademiyasının komandaları da qoşulub. AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən 9 liqada çıxış edən yeniyetmə oğlanlardan ibarət komandaların 8-i mövsümü mükafatla bitirib. Onlardan beşi – U-16, U-15, U-13, U-12 və U-11 2016-2017-ci illər mövsümünün qalibi olub. Bununla da Azərbaycan rekordu təkrarlanıb. Belə ki, indiyədək yalnız bir dəfə eyni klub eyni mövsümdə aşağı yaş qrupları üzrə 5 liqada çempionluq yaşamışdı. Bunu 2012-2013-cü illər mövsümündə “Qəbələ” gerçəkləşdirmişdi.

Akademiyanın yeniyetmə futbolçuları 4 ildən sonra özünün müəyyənləşdirdiyi ölkə rekordunu təkrarlamağa müvəffəq olub. Ötən mövsüm çempion olaraq UEFA Gənclər Liqasına vəsiqə qazanan U-19 isə bu dəfə gümüşlə kifayətlənib. Bu, akademiyanın komandalarının yeganə, ümumilikdə isə əsas və əvəzedicilərdən sonra “Qəbələ”nin 3-cü ikinciliyi kimi tarixə düşüb. 5 çempionluq və 3 ikinciliyi olan klubun iki komandası bürünc mükafata yiyələnib. U-14 və U-10 yalnız yarımfinalda uduzaraq, III yer uğrundakı görüşdə qalib gələrək, medalçılar sırasına düşüb. Başa çatan mövsümdə yalnız U-17 mükafatçılar sırasına düşə bilməyib. Sonuncu tura qədər nəinki bürünc, hətta gümüş medal şansını qoruyan komanda yekunda “üçlük”dən 1 xal geridə qalıb. 

Ümumilikdə akademiyanın yetirmələrinə gəlincə, ilk dəfə mükafatçılar sırasına 2009-2010-cu illər mövsümündə düşən “Qəbələ” son 8 mövsümdə artıq 46 dəfə ilk “üçlük”də yer alıb. Komandalarımız bu müddətdə 22 çempionluq yaşayıb, 16 dəfə 2-ci olub və 8 dəfə bürünc medala yiyələnib. Bu müddətdə cəmi 9 dəfə komandalarımız mükafat qazana bilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail