AFFA klubların lisenziyalarını verdi

26.05.2017 | 3108 dəfə oxunub

AFFA-nın inzibati binasında 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Stadium.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümünün yekunları ilə bağlı statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək yeniliklərlə bağlı məlumat verilib.

Tədbirin sonunda növbəti mövsümdə Premyer Liqada iştirak edəcək klublar lisenziyalarını alıblar. Bundan başqa, “Neftçi” rəsmisi Zöhrab Hacıyev ötən mövsümün ən yaxşı lisenziyalaşdırma üzrə meneceri, Mənsurə Məmmədova (“Kəpəz”) isə ən yaxşı maliyyə meneceri sertifikatı ilə təltif olunub.

Qeyd edək ki, “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” klublarına 2017-18 mövsümündə Premyer Liqada iştirak üçün lisenziya verilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail