"Qarabağ"ın hazırlıq planı bəlli oldu - AVSTRİYAYA GEDİRLƏR

27.05.2017 | 4731 dəfə oxunub

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın hazırlıq planına böyük ölçüdə aydınlıq gəlib. bu barədə klubun meneceri Asif Əsgərov məlumat verib.

Stadium.Az xəbər verir ki, Əsgərov iyunun 1-də Bakıda bir araya gələcək komandanın 15 gün sonra təlim-məşq toplanışı üçün Avstriyaya yollanacağını qeyd edib. Ağdam təmsilçisinin bu ölkədə neçə gün qalacağı Çempionlar Liqasının püşkatmasından asılı olacaq.

Belə ki, “Qarabağ” II təsnifat mərhələsində ilk görüşünü Bakıda keçirsə, Qurban Qurbanovun yetirmələri vətənə erkən qayıdacaqlar. Əks təqdirdə, yəni ilk matçına səfərdə çıxacağı halda, komandanın Avstriya toplanışının müddəti uzanacaq.   

Əsgərov vurğulayıb ki, “Qarabağ” hazırlıq müddətində minimum 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi də artıq müəyyənləşib. Azərbaycan çempionu ilk matçını iyunun 20-də Rusiya təmsilçisi “Terek”ə qarşı keçirəcək. Ayın 24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək ağdamlılar 4 gün sonra yenidən meydana ayaq basacaqlar. Budəfəki rəqib isə Rusiya Premyer Liqasına qayıdan “Dinamo” (Moskva) olacaq.

Qurban Qurbanov yetirmələrini daha 1 və ya 2 sınaq matçında yoxlaya bilər. Bu isə iyunun 19-da keçiriləcək püşkatmadan asılı olacaq. Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 11-12 iyul, cavab görüşləri isə bundan 1 həftə sonra keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail