"Prosineçki nə "Sevilya", nə də "Valensiya" ilə danışıqlar aparıb"

27.05.2017 | 3801 dəfə oxunub

"Prosineçki ilə bağlı yeni xəbərdən məni dostlarım məlumatlandırdı. Bir daha deyirəm: Belə bir şey yoxdur. Tamamilə həqiqətdən uzaq söhbətdir. Türkiyədə bəzi qəzetçilər belə xəbərlər yayırlar".

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışır deyib. 

O, xorvatiyalı mütəxəssisin Türkiyə "Bursaspor"unun sükanı arxasına keçəcəyinə dair iddiaları qətiyyətlə təkzib edib. Menecerinin sözlərinə görə, hazırda Prosineçki və komandası Şimali İrlandiya ilə iyunun 10-da Bakıda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlaşır.

Çalışır Avstriyadakı təlim-məşq toplanışı zamanı "Bursaspor" rəsmilərinin baş məşqçi ilə yeni təklifləri müzakirə etmələrinin mümkünsüzlüyünü dilə gətirib. 

O, İspaniya klubları ilə də hər hansı anlaşmanın olmadığını vurğulayıb: "Prosineçki nə "Sevilya", nə də "Valensiya" ilə danışıqlar aparıb. Sadəcə, "Valensiya" rəsmisi məndən onu soruşub, vəssalam! Robertin "Real"ın sükanı arxasına keçəcəyi nə qədər cılız iddiadırsa, "Bursaspor" və ya hər hansı klubun baş məşqçisi olacağı da o qədər yalandır.

O, milli komandanın təlim-məşq toplanışı zamanı heç kiminlə görüşməz. Bu, qeyri-etikdir. Özü də heç yerə getmir, Bakıda qalacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail