Ərdoğan Türkiyədə stadionların adın dəyişdi

28.05.2017 | 4325 dəfə oxunub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan stadionun adlarında “arena” sözünün çıxarılması ilə bağlı göstəriş verib.

Stadium.Az xəbər verir ki, bu haqda “Hürriyyət” qəzeti məlumat yayıb. Artıq Türkiyə Futbol Federasiyasının saytında adında “arena” sözü olan idman qurğuları “stadion” sözü ilə əvəzlənib.

Ərdoğan bugünlərdə deyib: "Mən "arena"ların əleyhinəyəm. Arenalarda nələrin edildiyini bilirsiniz? Orada heyvanlar insanları öldürüblər. Mən nazirə göstəriş vermişəm. Biz bütün stadion adlarından bu sözü yığışdırırıq. Belə ifadə bizim dilimizdə yoxdur və olmamalıdır". 

Ərdoğanın bu açıqlamasından sonra əvvəlcə "Qalatasaray" klubu öz stadionunun adından "arena" sözünü götürüb. Bundan sonra stadion "Türk Telekom Arena"nın əvəzinə "Ali Sami Yen Sports Complex Türk Telekom Stadium" adlanacaq.

Bu gün isə məlum olub ki, “Beşiktaş”ın “Vodafone Arena” stadionu “Vodafone Stadyum”, “Aytemiz Alanyaspor”un “Bahçeşehir Okulları Arena” stadionu “Bahçeşehir Okulları Stadyum”, 1-ci liqada yarışan “Şanlıurfaspor”un “GAP Arena” stadionu isə “GAP Stadyum” adları ilə əvəzlənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail