Totti "Roma"yla vidalaşdı

29.05.2017 | 4334 dəfə oxunub

İtaliya A seriyasının sonuncu turunda “Cenoa” ilə qarşılaşan “Roma” 3:2 hesablı qələbə qazanıb. Stadium.Az xəbər verir ki, bu görüş “canavarlar”ın 40 yaşlı oyunçusu Françesko Totti üçün “Roma” forması ilə sonuncu olub.

Görşün 54-cü dəqiqəsində Muxammed Salahı əvəzləyən “veteran” matçdan sonra azarkeşlərlə görüşərkən göz yaşlarına hakim ola bilməyib. Azarkeşlər isə onun ünvanına "Tək bir kapitan var", "Totti Roma"dır şüarları səsləndiriblər.

“Roma” ilə 25 il ərzində 786 oyunda meydana çıxan Totti 307 qola imza atıb.

Canlı əfsanənin paytaxt təmsilçisini tərk edəcəyi əvvəlcədən açıqlanmış olsa da, onun karyerasını bitirəcəyi, yoxsa başqa klubda davam edəcəyi haqqında məlumat verilməyib.

İtaliya mətbuatında yazılanlara inansaq, gələn mövsümdən Totti komandanın texniki heyətində yer alacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail