Klublarımızın Avroliqa oyununu hansı kanal verəcək?

24.06.2017 | 10458 dəfə oxunub

Bir neçə gün sonra avrokuboklarda 2017/2018-ci il mövsümünə start veriləcək. Stadium.Az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında "Qarabağ", Avropa Liqasında isə "Qəbələ", "İnter" və "Zirə" klubları təmsil edəcək.

"İnter" və "Zirə" Avroliqanın 1-ci təsnifat mərhələsindən, "Qəbələ" isə 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. "Qarabağ" isə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Hazırda azarkeşləri düşündürən suallardan biri də mübarizə aparacaq komandalarımızın oyunlarının hansı kanal vasitəsilə yayımlanacağıdır. Məsələ ilə bağlı ölkəmizdə olan 2 idman kanalına – “CBC Sport” və “İdman  Azərbaycan”a müraciət etdik.

“CBC Sport”un baş redaktoru Şəmsəddin Abbasov saytımıza açıqlamasında avrokuboklarda iştirak edəcək klublarımıza rəsmi məktub ünvanladıqlarını bildirdi:

“Ölkə çempionatı başa çatdıqdan sonra avrokuboklara vəsiqə qazanan hər bir komandamıza məktub ünvanlamışıq. Məktubda həm komandaları təbrik etmişik, həm də ötən il olduğu kimi bu il də oyunların canlı yayımlanması ilə bağlı əməkdaşlığa hazır olduğumuzu bildirmişik. Hazırda danışıqlar gedir. Amma dəqiq deyə bilmərəm ki, biz hansı komandanın oyunlarını canlı yayımlayacağıq, hansını isə yox.

Bir məqamı da qeyd edim ki, bizim qurğularımız hazırda Türkiyəyə yollanıb. Bildiyiniz kimi, biz “Saran Holding” şirkəti ilə əməkdaşlıq edirik. Bizim avadanlıqlarımız da texniki baxışdan keçməsi üçün Türkiyəyə göndərilib.

Ölkə çempionatı başlayana qədər qurğularımız yenidən bizə təhvil veriləcək. Amma bu o demək deyil ki, biz oyunları çəkmək gücündə deyilik. Kameralarımızın sayı az olsa da, oyunları çəkib yayımlaya bilərik. Hazırda klublarımızdan cavab gözləyirik, danışıqlar davam edir. Əgər komandalar bizim təklifimizə müsbət cavab versələr, oyunları canlı yayımlayacağıq”.

“İdman Azərbaycan” telekanalının şərhçisi Ramiz Mirzəzadə də klublara müraciət ünvanladıqlarını və matçları yayımlama ehtimalının olduğunu bildirdi:

“Hazırda bu məsələ ilə bağlı danışıqlar gedir. Ehtimal var ki, ilkin mərhələnin oyunlarını biz yayımlayaq. Amma bu, hələ dəqiqləşməyib. Açığı, deyə bilmərəm ki, oyunları mütləq biz yayımlayacağıq. Amma bizim yaymlayacağımızın ehtimalı böyükdür. Yəqin ki, yaxın 2-3 gündə bu məsələyə aydınlıq gələcək.

Əgər razılıq əldə olunsa, komandaların  səfər oyunlarını da yayımlamağa çalışacağıq. Rəqib ölkələrdə oyunları yayımlayacaq kanallar barterə razılıq verərsə, səfər oyunları da canlı yayımlanacaq. Amma yenə deyirəm, hələlik heç nə dəqiqləşməyib”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail