Mourinyo: "Messi və Neymardan bir dənə var"

27.07.2017 | 3386 dəfə oxunub

"Mançester Yunayted" Amerika turnesini məğlubiyyətlə başa vurub. Stadium.Az xəbər verir ki, "qırmızı şeytanlar" Beynəlxalq Çempionlar Kubokunun son oyununda "Barselona" klubuna minimal hesabla (1:0) uduzub.

Matçdan sonra komandanın baş məşqçisi Joze Mourinyo bunları deyib:

"Komandamı "Real" və ya "Barselona" ilə müqayisə etmək istəyirsinizsə, futbolçuların səviyyəsini nəzərdən keçirin. Mən Premyer Liqa klubları ilə müqayisə olunmağa üstünlük verirəm.

Hazırda dünyanın ulduzları bu iki klubda toplaşıb. Bu reallığı qəbul etmək lazımdır. Mövsüm öncəsi hazırlıq dövründə onlarla üzərimizdə təzyiq olmadan oynamaq, bacarığımızı göstərmək yaxşı oldu.

"Barselona"da yalnız Pike ehtiyatda idi. "Real"da Ronaldo və Ramosdan başqa hamı oynayırdı.

Messi və Neymardan bir dənə var. Həmçinin başqa Suarez, İniesta, Pike, Ronaldo, Beyl, Modric, Toni Kroos da yoxdur. Bu futbolçular öz klublarına məxsusdur, bizdə oynamırlar. Komandanı, oyunçuları taktiki baxımdan gücləndirmək üçün gərgin çalışa bilərsən. Amma bəzi futbolçular xüsusidir.

Oyunlar zamanı keyfiyyət fərqini taktiki gedişlərlə aradan qaldırmağa cəhd etmək olar. Futbol komanda oyunudur. Buna baxmayaraq fərdlər də möhtəşəmdir. Düzülüş, yığcam oyun və taktiki sxem barədə çox danışa bilərik. Futbolda əsas məsələ topla rəftar olaraq qalır.

Texniki zonada mən hətta rəqibin topla gözəl davranışını da qeyd edirəm. Bu gün Poqba göstərdi ki, bu baxımdan Messi, Ronaldo, Neymar, Kroos və Modricdən geri qalmır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail