Kriştianu Ronaldoya 12 oyunluq cəza verilə bilər

14.08.2017 | 3780 dəfə oxunub

Kriştiano Ronaldo "Barselona” ilə İspaniya Super Kuboku uğrunda ilk qarşılaşmada baş hakim Rikardo de Burqos Benqoçeanı itələdiyinə görə ağır cəza ala bilər.

Stadium.Az xəbər verir ki, “Marca” nəşri 32 yaşlı hücumçunun bu hərəkətə görə 12 oyunluq cəza ala biləcəyini yazıb.

Referi protokolda qırmızı vərəqəyə etiraz edən Ronaldonun onu itələməsini qeyd edib. Reqlamentə əsasən, bu halda futbolçunu 4-dən 12 oyuna qədər cəza gözləyir. Portuqaliyalı forvard 4 oyun cəza alarsa, bu, yalnız İspaniya Super Kuboku matçlarına aid ediləcək. 5 və daha artıq görüşlük diskvalifikasiya isə İspan Futbol Federasiyasının bayrağı altında keçirilən bütün turnirlərə aid ediləcək.

Portuqal ulduz “Real"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşan matçın 57-ci dəqiqəsində meydana daxil olub. O, 80-ci dəqiqədə vurduğu qolu qeyd edən zaman futbolkasını soyunduğu üçün ilk, üç dəqiqə sonra isə simulyasiyaya görə ikinci “sarı”nı görərək meydandan qovulub. Qərarla razılaşmayan hücumçu arxadan referini itələyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail