İki güləşçimiz dünya reytinqində birincidir

14.08.2017 | 3566 dəfə oxunub

Dünya Güləş Birliyi (WWA) gələn həftə start götürəcək dünya çempionatı ərəfəsində yeni reytinq siyahısını açıqlayıb.

Stadium.Az xəbər verir ki, ilk "onluq”da Azərbaycanın ümumilikdə 19 güləşçisinin adı var. Sərbəst güləşçilərin siyahısında Georgi Edişeraşvili (57 kq), yunan-Roma güləşçilərin siyahısında Rəsul Çunayev (71 kq) öz çəkilərində ilk sırada qərarlaşıb.

Sərbəst güləşçilərdən Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Qalib Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq), Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədovun (125 kq) adı ilk "onluğ”a daxil edilib.

Yunan-Roma güləşçilərindən Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən isə Mariya Stadnik (48 kq), Alyona Kolesnik (55 kq), Nataliya Sinişin (58 kq) və Tatyana Omelçenko (60 kq) "onluq”da yer alıb.

Dünya çempionatı 21 - 26 avqustda Fransanın paytaxtı Parisdə keçiriləcək. Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə 25-26 avqustda xalça üzərinə çıxacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail