Qara Qarayevin 250-ci oyunu

15.08.2017 | 4158 dəfə oxunub

Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” ilə oyunu “Qarabağ”ın futbolçusu Qara Qarayev üçün əlamətdar olub.

Stadium.Az xəbər verir ki, meydana kapitan kimi çıxan yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində 250-ci matçını keçirib. Komandasının 3:1 hesablı qələbə qazandığı görüşə qədər Qara 249 matçda 2 qol vurmuşdu.

“Qarabağ”da 250-ci oyunu Azərbaycan derbisinə təsadüf edən Qarayev UEFA Çempionlar Liqasında 16, UEFA Avropa Liqasında 37 matça çıxıb. Daxili yarışlarda da komandasının aparıcı üzvlərindən olan yarımmüdafiəçi Premyer Liqada 172, Azərbaycan kubokunda 25 matç keçirib. O, hər iki qolunu çempionatda vurub.

Qaranın “Qarabağ”da ilk oyunu 2009/10 mövsümünə təsadüf edib. 2009-cu il dekabrın 10-da “Muğan”la ev matçında (2:1) debüt edən yarımmüdafiəçi karyerası boyu yalnız bir klubda oynayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail