"Kopenhagen"in baş məşqçisi: "Qarabağ" təkcə onlardan ibarət deyil"

15.08.2017 | 5139 dəfə oxunub

"Kopenhagen"in baş məşqçisi Stole Solbakken  Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la ilk oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

-  Bakıda hava şəraiti normaldır. Deyilənə görə, meydança da yaxşıdır. Rəqibimiz keyfiyyətli komandadır. Ev oyunlarında  yaxşı çıxış edirlər. Son üç mövsümdəki nəticələri də bunu sübut edir. Lakin biz də yaxşı nəticə ilə qayıtmaq istəyirik.

- Heyətdəki problemlər "Kopenhagen"ə necə təsir edə bilər?

- Yohansan zədəlidir, lakin bunu itki hesab etmirəm. Onun yerini dolduran oyunçu var. Əlimizdə olan futbolçularla yaxşı nəticə qazanmağa çalışacağıq.

- "Qarabağ"ın hansı özəlliyi sizi daha çox narahat edir?

- Rəqibin hücum triosunu qeyd etmək istəyirəm. Onların hər biri oyunun taleyini həll edəcək futbolçudur. Lakin "Qarabağ" təkcə onlardan ibarət deyil. Bizim kimi, "Qarabağ"ın da yaxşı Avropa təcrübəsi var.
 
- Vaxtilə keçirilmiş Norveç - Azərbaycan matçında komandanızın 5 qolundan 2-nə siz imza atmışdınız. Həmin matçda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da iştirak etmişdi. Sizcə, bu məqam rəqibdə sizə qarşı qisas hissi yarada bilərmi?

- Futbolçu karyeramda çox qol vurmuşam, hər birini xatırlamıram (gülür). Amma Azərbaycana vurduğum qollar yadımdadı. Millidə ilk qollarım idi. Lakin həmin görüşlə müqayisədə Bakıda 1:0 hesabı ilə qələbə qazandığımız qarşılaşmanı daha yaxşı xatırlayıram. Çünki həmin qələbə ilə dünya çempionatına vəsiqəni təmin etmişdik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail