Donald Gerrye: "Onun “oyununa” gəlməməyə çalışırdım" - MÜSAHİBƏ

16.08.2017 | 4210 dəfə oxunub

“Kopenhagen”lə UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyununda nümayiş etdirdiyi oyunla komandasına kömək etməyə çalışan  “Qarabağ”ın cinah yarımmüdafiəçisi Donald Gerrye matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- 90 dəqiqəni neçə xarakterizə edərdiniz?

- Bizim üçün böyük oyun oldu. Bu matçı heç kim asan qarşılaşma hesab etməsin. Meydanda mübarizə apardıq. Bizə hesabı açmaq, qələbə qazanmaq lazım idi. Çünki səfərdə bizi daha bir 90 dəqiqə gözləyir. Sona qədər mübarizə aparacağıq ki, mərhələni adlayaq. Buna heç kimin şübhəsi olmasın.

- Əvvəllər Skandinav klublarına qarşı oynamısınızmı?

- Danimarkada çıxış etməmişəm. Amma xatırlayıram ki, 2-4 il əvvəl “Malmö”yə qarşı oynamışdıq. Təəəssüf ki, mərhələ adlaya bilməmişdik.

- Ötürmə etməkdə bir qədər xəsislik edirsiniz. Səbəbi komandada yeni olmağınızla bağlıdı, yoxsa bu cür oynamağı sevirsiniz?

- Xüsusi səbəbi yoxdu. Futboldu, ötürmə də verirsən, ehtiyac olanda qapıya zərbə də endirirsən, futbolçunu da keçməyə cəhd edirsən. Həmin anda hansının daha yaxşı olduğunu düşünüb, qərar verirəm. Ehtiyac olanda Maksimlə oynayıram, bəzən cinahımı dəyişirəm, Ansiylə oynayıram. 

- Rəqibin müdafiəçisi Benqtsson oyun ərzində həm Maksimi, həm də sizi provakasiyaya çəkdi. Onun bu cür hərəkətlər edəcəyini əvvəlcədən bilirdinizmi?

- Onun niyyətini anlayırdım. Bu da futbolun bir hissəsidi. Əlbəttə, onun “oyununa” gəlməməyə çalışırdım. Bura niyə gəldiyimi bilirəm. Təbii ki, “Qarabağ”a kömək etməliyəm. İlk işim hansısa provakasiyaya uyub komandamı azlıqda və çətin vəziyyətdə qoymaq deyil, qələbə qazanmasına yardımçı olmaqdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail