Rəşad Sadıqov Azərbaycan çempionatında 300-cü oyun

22.08.2017 | 7505 dəfə oxunub

Az'rbaycan Premyer Liqasının II turu Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub.

Stadium.Az xəbər verir ki, 35 yaşlı müdafiəçi yeni mövsümdə ilk çempionat matçına çıxmaqla, yubiley qeyd edib. “İnter”lə ev oyunu (1:0) Rəşad üçün Premyer Liqada 300-cü olub. Cari mövsümədək 299 matç keçirən Sadıqov 300-ə komandası üçün doğma “Azərsun Arena”da çatıb.

Ölkə çempionatının güclülər dəstəsində 2000/01 mövsümündə “Turan”ın oyunçusu kimi debüt edən müdafiəçi Tovuz təmsilçisində 9 matç keçirib. Legioner həyatı yaşadığı müəyyən fasilələri saymasaq, Rəşad 2001-09-cu illərdə “Neftçi”də 125, 2009-2017-ci illərdə “Qarabağ”da 166 qarşılaşmaya çıxıb. Arxa xətt oyunçusunun hesabında 16 qol var.

Qeyd edək ki, Rəşad Azərbaycan çempionatları tarixində yarımçıq qalan və nəticəsi ləğv olunan qarşılaşmaları saymamaqla, 300 və daha çox oyun keçirən futbolçular siyahısında 17-cidir. Onadək 16 oyunçu 300-cü arxada qoyub.

Azərbaycan çempionatları tarixinin ən çox oyun keçirən futbolçusu isə Mahmud Qurbanovdur. pfl 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail