"Marca" yenə "Qarabağ"dan yazıb
İspaniyanın məşhur “Marca” nəşri Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ”la bağlı yazı hazırlayıb.
Yazıda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla yanaşı, bu komandanın ispan futboçusu Miçel və onun həmyerlisi olan məşqçi Ruben Sellesin fikirlərinə də yer verilib.
Məqalədə “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhərinin ermənilər tərəfindən işğal edildiyi, buna görə, komandanın uzun müddətdi doğma “İmarət” stadionunda oynamadığı qeyd edilib. “Qarabağ”ın son illərdə qazandığı uğurlarla müharibənin acısını yaşamış və Ağdamdan ayrı düşmüş insanlara təsəlli olduğu vurğulanıb.
Miçel qəzetə açıqlamasında “Biz öz uğurlarımızla bütün bu insanları sevindirməliyik” deyib. “Qarabağ”ın uğurlarında komandanın baş məşqçisi Qurban Qurbanovun rolu da xüsusi vurğulanıb. Yazıda 45 yaşlı mütəxəssisin 8 ildi komandanın “sükanı arxasında” olduğu qeyd edilib. “Köhlən atlar”ın oyun tərzi barədə də bəhs edilib. Belə ki, yazıda “Qarabağ”ın oyun tərzinin “Barselona”ya bənzədiyi, buna görə, bu komandanın “Qafqazın “Barcelona”sı” adlandırıldığı vurğulanıb.
Miçel komandanın oyun tərzi barədə “Bu günə kimi bir çox komandada oynamışam, lakin heç vaxt özümü burdakı kimi hiss etməmişəm. Mənə burda çalışmaq çox xoşdur. Qvardiolanın necə işlədiyini öyrəndim” deyib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |