Elşad Əhmədov: "Bəlkə də belə bir şey var, amma mənim xəbərim yoxdur"

11.09.2017 | 5349 dəfə oxunub

"İlk hissədə zəif çıxış etdik. Belə olacağını gözləmirdim". Stadium.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçi əvəzi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt"a 0:1 hesablı məğlubiyyətdən sonra deyib.

O, bildirib ki, ilk hissədə xətlərarası əlaqə alınmayıb: "Səhvlər vardı. Uşaqların elə səhvə yol verəcəklərin təxmin etmirdim. İkinci hissədə yaxşı oynadıq, futbolçulıar fiziki cəhətdən yaxşı olmağa çalışırlar. Qol imkanımız olsa da, bunlardan istifadə etmədik".

-Komandada istək yoxdur. Bu nə ilə bağlıdır?

- Əlbəttə, problemlər var idi. Futbolçular ötürmə etməkdə çətinlik çəkirdilər. Bunların üzərində işləməliyik. Fiziki baxımdan irəliləyiş olsa da, xətlər arasında problemlər var. Futbolçulara oyundan sonra çox işləmək lazım olduğunu dedim.

- Bilirsiniz ki, komandaya yeni baş məşqçi gətiriləcək. Bu vəziyyətdə komandanı oyuna hazırlamaq çətin olmadı?

- Özi işimin öhdəsindən gəlməyə çalışıram. Mənə məsuliyyətli vəzifə tapşırıblar. Bunun nə qədər davam edəcəyini bilmirəm.

- Emin Mahmudovun "Neftçi"yə keçəcəyi deyilir...

- Bəlkə də belə bir şey var, amma mənim xəbərim yoxdur.

- Yeni gələn baş məşqçiyə "Neftçi”ni düzəltmək üçün nə qədər vaxt lazımdır?

- Çox vaxt lazımdır. Lap çox...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail