Qurban Qurbanov: "Bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil"

11.09.2017 | 5655 dəfə oxunub

“Qarabağ”-ın baş məşqçisi Qurban Qurbanov komanda ilə bağlı yazı dərc edən “Frans Press” agentliyinə açıqlama verib.

Stadium.Az xəbər verir ki, 45 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki rəqibləri barədə fikirlərini bölüşüb: “Biz yüksək rəqabət səviyyəsini püşkatma nəticəsində İngiltərə, İtaliya və İspaniyanın top-klubları ilə eyni qrupda düşdükdən dərhal sonra hiss etdik. Qrupdakı rəqiblərimiz çox güclü və təcrübəlidirlər. Amma bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil. Biz hər bir matçda dişimiz və dırnağımızla mübarizə aparmağa hazırıq”.

Qurbanov sentyabrın 12-də İngiltərədə "Çelsi"yə qarşı keçirəcəkləri qarşılaşmanın çətin və ağır olacağını vurğulayıb. Baş məşqçi üzərlərinə düşən işi layiqincə yerinə yetirməyə çalışacaqlarını deyib:

“Yarışa Londonda başlayırıq. “Stemford Bric”dəki oyun bizim üçün çox çətin və ağır olacaq. Üzərimizə düşən işi layiqincə yerinə yetirəcəyimizə ümid edirik”.

Yazıda erməni separatçılarının 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağı işğal etmələri, “Qarabağ”ın ÇL-in “C” qrupundakı ev oyunlarını Ağdamdan 365 km uzaqda yerləşən Bakıda keçirdiyi qeyd olunub.

“Qarabağ”ın 1951-ci ildə yerli fermerlərin həmkarlar ittifaqı tərəfində təsis olunduğu, komandanın 1991-ci ilə qədər SSRİ-nin II divizonda çıxış etdiyi diqqətə çatdırılıb. Həmçinin, Ağdam təmsilçisinin 2001-ci ildə “Azərsun Holding”in himayəsinə keçənə qədər maddi çətinliklərlə üzləşdiyi, stabil maliyyə qaynağının komandanın ardıcıl 4 dəfə ölkə çempionu olmasına köməklik göstərdiyi yazılıb.

Məqalədə “Qarabağ”ın heyətində Dino Ndlovu, Miçel, Dani Kintana və Riçard Almeyda kimi legionerlərin yer aldığı xatırladılıb, “Qafqazın Barselonası” kimi xarakterizə edilən Ağdam komandasının Gürcüstan “Samtredia”sı, Moldova “Şerif”i və Danimarka “Koebenhavn”ini mübarizədən kənarlaşdıraraq, ÇL-in qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olduğu vurğulanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail