"Qarabağ" Portuqaliya klubunun antirekordunu təkrarlayıb

13.09.2017 | 3499 dəfə oxunub

Londonda “Çelsi”yə 0:6 hesabı ilə uduzan “Qarabağ” Çempionlar Liqasının tarixinə düşüb. Stadium.Az xəbər verir ki, Azərbaycan çempionu adını qitənin ən nüfuzlu klub turnirinin tarixinə antirekordla yazdırıb.

Bunu UEFA-nın rəsmi saytı açıqlayıb. Qurumun rəsmi hesablamalarına əsasən, “Qarabağ” Çempionlar Liqasındakı debütdə ən ağır məğlubiyyəti alıb.

Bunadək yalnız bir komanda debütdə belə acınacaqlı halla üzləşib. Belə ki, “Arsenal”a 0:6 hesabı ilə uduzan “Braqa”nın antirekordu təkrarlanıb.

Maraqlıdı ki, 2010-cu ildəki oyun da Londonda keçirilib və İngiltərə təmsilçisi qələbə qazanıb. Üstəlik, hər iki oyunda Sesk Fabreqas da iştirak edib. “Braqa” ilə görüşdə dubl edən ispaniyalı bu dəfə yalnız assistlə fərqlənib.

Bu nəticə həm də “Çelsi”nin Çempionlar Liqasındakı ən böyük hesablı qələbə rekordunun təkrarı olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail