Şahin Diniyev: "Oyundan sonra Coşquna dedim ki, evə gəlmə"

17.09.2017 | 3406 dəfə oxunub

Azərbaycan Premyer Liqasının V turunda səfərdə "Qarabağ"ın qonağı olan "Kəpəz" rəqibinə 2 cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında komandanın baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

- Oyun kənardan daha yaxşı görünür. "Qarabağ"a qarşı oynamaq mümkünsüzdür. Çünki ən yxşı futbolçualr olardadı. Taktiki cəhətdən komandam düzgün oynadı. Belə oyunda kiçik bir səhv hər şeyi həll edir. "Qarabağ" da bizim səhvlərimizdən lazımınca yararlandı. 1 xal qazanamq istəyirdik, alınmadı. Qol vəziyyətlərimiz oldu, amm ayararlana bilmədik. "Qarabağ" nəinki Azərbaycanın ən güclüsüdür, bu komanda Avropada top komandalara qarşı oynayır. Yeganə səhvimiz məğlubiyyətə səbəb oldu. Əsas odur sınmadıq, sona qədər mübarizə apardıq. Vaxt lazımdı, amma xallar itiririk. Məncə tam oyunumuzu tapmağımız uzaqda deyil.

- Bəzi futbolçuların mövqeyində dəyişiklik vardı. Nəylə bağlı idi hu?

- Bular standard vəziyyətlə bağlı idi. 

- Məğlub olandan sora baş məşqçi komandadan razı qalır. Bu gün də siz. "Kəpəz"in bu gün bütün hücumlarında futbolçularınız oyundankənar vəziyyətə düşürdü... Bəlkə şablon sözlərdən yox, komandanın problemlərindən danışaq?!

- Tamamilə düz deyirsiz. Mən bunu özümə səbəb bilmirəm. Bizim əsas problemimiz birdən birə 16 futbolçunun dəyişməsidir.  Komanda bir- birini yaxşı başa düşmür. Xətlər arasındakı əlaqələrin yetərsizliyi oyunumuzu oynamağa imkan vermir. "Kəpəz" hər zaman iddialıdır. "Kəpəz"in bu yerdə olmasına utanıram mən. Bu komandanın azarkeşləri buna layiq deyil.

- Komanda o zaman potensialına uyğun yerdədi?

- "Zirə"yə uduzduğumuz oyunda topa nəzarət 6 faiz bizdə olub. "İnter" və "Sumqayıt"la oyunlarda da çox yaxşı oynadıq. Sadəcə komandamız hələ tam formalaşmayıb. Komandanı tam formalaşdırmaq üçün zamanımız uzandı. Bu, az vaxt sərf etməliydik. Heyətdə də səhv edirik. 

- "Sumqayıt"ın adın çəkdiz. Olar mövsüm başa çatan kimi yeni komanda qurmağa başladı. "Kəpəz" rəhbərliyinə necə çatdırmaq lazımdı ki, onlar da vaxtında işə başlasınlar?

- Burda əsas məsələ baş məşqçidədi. Xoşun gəlmir, çıx get. Bizim büdcəmiz çempionatdakı 8 komandanın yeddisindən qat-qat aşağıdı. Heç olmaya illik 70 minlik futbolçu ala bilsəm, normal komanda yaratmaq olar.

Günahın 51 faizi mənimdi. 

- Şahin müəllim, Kərimi çox istəyirsiz, yoxsa Coşqunu?

- Heç birin çox istəmirəm. Elə bilki, mən bu buna evdə yemək vermirəm. Bütün gücünü toplayıb topa elə zərbə vurdu ki... Oyundan sorada ona dedim ki, bu gün evə gəlmə. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail