Samir Əliyev: "Problemlərimiz çoxdu" - MÜSAHİBƏ

18.09.2017 | 3220 dəfə oxunub

“Səbail”in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ”yə 1:3 hesablı məğlubiyyətdən sora təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu oyuna bir xal üçün çıxmışdıq. Ancaq təəssüf ki, buna nail ola bilmədik. Millinin və “Qarabağ”ın ÇL-dəki oyunu ilə bağlı böyük fasilə yaranmışdı. Uzun müddət oynamadıq. Bu matçda ustalıq səviyyəsi öz sözünü dedi. Rəqib ustalıq səviyyəsinə görə bizdən aşkar üstün idi.

- Digər klublarla səviyyə fərqi bu qədər olmayacaq. Həmin oyunlarda nəyəsə ümid etmək olar?

- Problemlərimiz çoxdu. Bu gün daha güclü komandaların məşqçiləri belə heyətdə problemləri olduğunu deyirsə, biz nə deməliyik? Bu il qarşımıza yüksək hədəf qoymamışıq. Yeni yaranmış komandayıq. Heyətimizdə futbolçu çoxdu. Gələn oyunlarda onlara da şans verməyə çalışacağıq.

- Rəqib hakim idarəçiliyindən narazı qaldı…

- Bu, baş məşqçinin öz fikridi. Mən hakimlikdən narazı qalmadım. Səhv varsa da, hakim də insandı, səhv edə bilər.

- Limit imkan versəydi, Pərviz Qaraxanovu əvəzləyərdiz?

- Yəqin ki, gələn oyunlarda bu cür dəyişiklik olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail