Premyer Liqada 200-cü, “Kəpəz”də 25-ci

18.09.2017 | 3627 dəfə oxunub

Azərbaycan Premyer Liqasının V turu “Kəpəz”in futbolçusu Novruz Məmmədov üçün əlamətdar olub. Stadium.Az xəbər verir ki, 27 yaşlı müdafiəçi Azərbaycan çempionatında 200-cü oyununu keçirib.

Bu yubiley “Qarabağ”la səfər matçına (0:2) təsadüf edib. Bu qarşılaşmayadək 199 oyunda 1 qol vuran Məmmədov ölkə çempionatlarında 200 və daha çox matça çıxan 120-ci futbolçu olub. Cari mövsümdə onadək Əfran İsmayılov və Ruslan Abışov da 200-ə çatmışdı.

Novruzun Premyer Liqada debütü 2008/09 mövsümünə təsadüf edib. Müdafiəçi ardıcıl üç mövsüm “Muğan”da (65 oyun) çıxış edib. 2011-13-cü illərdə “Bakı”nın (26 oyun), 2013/14 və 2015/16 mövsümlərində “Rəvan”ın (63 oyun), 2014/15 mövsümündə AZAL-ın (21 oyun, 1 qol) formasını geyinən Məmmədov 2016-cı ilin yayından “Kəpəz”də çıxış edir. O, ümumilikdə 200-cü, indiki klubunda 25-ci matçını keçirib. (pfl)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail