"Neftçi" antirekordun bir addımlığında dayandı

18.09.2017 | 4239 dəfə oxunub

“Neftçi” qolsuz oyunlar həsrətinə son qoyub. Stadium.Az xəbər verir ki, Premyer Liqanın I turunun “Qarabağ”la oyunundan (1:3) sonra rəqib qapılarına yol tapa bilməyən paytaxt klubu seriyanı “Zirə” ilə V turun matçında (1:2) qırıb.

Avqustun 11-dəki görüşdə “ağ-qaralar”ın təsəlli qolu rəqib oyunçu Rahid Əmirquliyevin avtoqolu hesabında gerçəkləşmişdi. Həmin top 90-cı dəqiqəyə təsadüf etmişdi. “Səbail” (0:1), “Kəpəz” (0:0) və “Sumqayıt”a (0:1) qol vura bilməyən “Neftçi” “Zirə” ilə görüşün 54-cü dəqiqəsində fərqlənib. Üçoyunluq seriya 35 gün və 323 dəqiqədən ibarət olub. Uqo Barqasın qolu ilə ölkənin ən titullu klubu antirekordunun təkrarlanmasına imkan verməyib. Belə ki, “Neftçi”nin ölkə çempionatlarındakı ən uzun qolsuz seriyası 4 oyun davam edib. (pfl)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail