Dabo yarım ilən sonra qol vurdu

18.09.2017 | 3560 dəfə oxunub

“Qəbələ”nin fransalı hücumçusu Baqali Dabo qol həsrətinə son qoyub. Stadium.Az xəbər verir ki, Premyer Liqanın V turunun “Səbail”lə görüşündə 2 dəfə fərqlənən futbolçu yarım ilə yaxın sürən susqunluğa son qoyub.

Belə ki, Baqali sonuncu dəfə bu il aprelin 5-də “İnter”lə evdəki kubok matçında (2:0) qola sevinmişdi. Fransalı həmin qoldan 165 gün sonra rəqib qapısına yol tapdı.

Dabonun Premyer Liqadakı qol həsrəti daha uzun sürüb. Ötən mövsümün əvvəlində 7 qolla bombardirlər siyahısında liderliyin ələ alan hücumçu zədələndikdən sonra heyətə dönsə də, fərqlənə bilməyib. Onun son çempionat qolu 2016-cı il oktyabrın 2-də qeydə alınıb. “Qarabağ”la ev oyunundan (2:0) 350 gün, 50 həftə sonra rəqib qapısına qol vurub.

Dabonun sonuncu dublu isə 360 gün əvvəl qeydə alınıb. Baqali ötən il sentyabrın 22-də “Sumqayıt”la görüşdə 2:0 hesablı qələbənin memarı olub.

Ümumilikdə isə fransalı Premyer Liqada 9, kubokda 1, avrokuboklarda 3 dəfə fərqlənib. 13 qolu olan legioner 1 het-trik və 3 dubla imza atıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail