Stadium.Az xəbər verir ki, Avropanın ən nüfuzlu klub turnirinin həlledici görüşü 2019-cu il iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki "Metropolitano" stadionunda təşkil olunacaq.
Avroliqanın həlledici görüşü isə bundan üç gün tez - mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
UEFA Super Kuboku uğrunda görüş bu iki turnirin qalibləri arasında 2019-cu ilin avqustunda Türkiyənin İstanbul şəhərindəki "Wodafone Arena"da keçiriləcək.