Fikrət Orman: "Əziz Yıldırıma fikir vermirəm"

22.09.2017 | 4021 dəfə oxunub

"Beşiktaş"ın prezidenti Fikret Orman Türkiyə Super Liqasının 6-cı turunda "Fənərbaxça" ilə baş tutacaq derbi matçı barədə danışıb.

Stadium.Az xəbər verir ki, Orman həmkarı Aziz Yıldırımla şəxsi münasibətinin yaxşı olmadığını qeyd edərək "Şükrü Saracoğlu" arenasına getməyəcəyini bildirib:

"Fənərbaxça"nın bizi və azarkeşlərimizi özünə yaraşan şəkildə qəbul edəcəyini düşünürəm. Onlar bizi, biz də onları məğlub etmək istəyirik. Ortamı gərginləşdirməyə ehtiyac yoxdur. Oyunda istənilən hesab qeydə alına bilər.

Hakimin az səhvə yol verəcəyinə ümid edirik. Kadıköyə getməyəcəm. Orda çox oyun izlədim və tərbiyəsizliklə qarşılaşmadım. Azarkeşlər yaxınlaşıb söhbət etdilər, foto çəkdirdilər.

Aziz Yıldırımla 3 ildir danışmıram. Mənimlə bağlı işlətdiyi bəzi sözlərdən sonra ona fikir vermirəm. Yaxşı münasibətimiz vardı. Amma işin içinə rəqabət girəndən sonra vəziyyət dəyişdi. "Fənərbaxça" klubu ilə problemim yoxdur. Aziz bəyin etdiyi bəzi şeyləri də doğru sayıram. Lakin bizim aramızda şəxsi problem var. Tərzimiz fərqli olsa da, onunla ortaq nöqtələrimiz, bəyəndiyim yönləri var. Onunla öncədən başlanan dostluğumuz olsa da, futbolla əlaqədar şeyləri şəxsi müstəviyə çıxarması düzgün deyildi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail