Dmitri Nazarov: "Oyun zamanı kimin necə davranacağını yaxşı bilirik"

22.09.2017 | 3601 dəfə oxunub

“Komandamızın hücum xəttinin bu mövsüm  inamlı çıxış etməsi  təsadüf deyil. Qolları təsadüf nəticəsində vurmuruq".

Stadium.Az xəbər verir ki,  bu sözləri millimizin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib.

Nazarovun çıxış etdiyi Almaniya II Bundesliqa təmsilçisi "Aue" bu gün öz meydanında “Sandhauzen”i qəbul edəcək. Bu mövsüm çempionatda 2 qol vuran millimizin yarımmüdafiəçisi bugünkü görüş barədə qısaca danışıb. O, komandasında futbolçuların bir-birini çox yaxşı başa düşdüyünü bildirib: 

"Bir-birimizi gözüyumulu başa düşürük. Oyun zamanı kimin necə  davranacağını yaxşı bilirik. Hücum xəttindəki futbolçularımızın  boş zonaya nə vaxt açılacağını, hansı sürətlə qaçacağını hər birimiz bilirik. “Sandhauzen”lə görüşdə də qollarımızı davam etdirməyə çalışacağıq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail