Qurban Qurbanov: "Çempionatımızda mübarizə və səviyyə daha da aşağı düşür"

22.09.2017 | 4576 dəfə oxunub

"Qarabağ" Azərbaycan Premyer Liqasının 6-cı turunun açılış oyununda "Sumqayıt"ı doğma meydanda 4:1 hesabıyla məğlub etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Miçel qırmızı vərəqə alanda çox emasional idiz. Bunun səbəbi nə idi?

- hakimə qarşı deyildi. Miçelin ikinci sarı vərəqə alması məni özümdən çıxartdı. Futbolçulara hər zaman tapşırmışam ki, belə hərəkətlər etməsin.

- Hakimlik barədə nə deyə bilərsiz?

- Mən hər zaman demişəm ki, hakimlik çox çətin peşədir. 22 nəfəri meydanda idarə etmək çox çətindir.

- Ramil Şeydayevin oynamamasına səbəb nədir?

- Səbəb yoxdur. Ramil komandaya ən son anda gəlib. Onun komandaya uyğunlaşmasına vaxt lazımdı. Oyunun gedişatı da çox şeyi dəyişir. Hər an hər bir futbolçunu meydana buraxa bilərik.

- "Roma"yla oyun haqda düşünməyə başlamısızmı? 

- Bəli, artıq düşünmək olar. Sabah oyunları var, izləyəcəyik. Yaxşı oynayırlar. 3-4 vura vura gedirlər.

- "Roma"yla oyunda böyük azarkeş sayı olacaq. Bu məqam xal almağa təsir edər?

- Biz hər zaman azarkeşlərimizi istəmişik. Azarkeşlər nə qədər çox olsa bizim xeyrimizədir. Mən istəmirəm ki, Bakıda azarkeşlərimiz üzülsünlər. Hətta bəzi oyunlarda uduzsaq da onlar sona kimi yanımızda olub.

- "Sumqayıt"dan sonra "Roma"yla oynayacaqsız. Bunlar necə təsir edəcək?

- Bir oyunla o səviyyəyə gedib çıxa bilmərik. Çempionatımızda mübarizə və səviyyə daha da aşağı düşür. Çempionatımızın səviyyəsin yuxarı qaldırmalıyıq. Özümüzü bu oyunlara çılğıncasına hazırlamalıyıq ki, tempə dözüş gətirək.

- Pedro Enrikenin oyunundan razı qaldızmı?

- Bu gün daha yaxşı idi. Özünü doğrultmaqdadır. 

- Ndlovunun səviyyəsi ortadadır. Mahirdə yüksəlişdədir. Bu gedişlə Ramil şans qazana biləcəkmi?

- Onun səviyyəin aşağı salamq fikrində deyiləm. Ramil öz üzərində çox çalışır. Oyundan oyuna hər birinə şans veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail