Svanadze: "Bu qərar düzgün deyildi”

23.09.2017 | 3788 dəfə oxunub

“İlk hissədə yaxşı oynadıq. Mübarizə apardıq. Hər şey qırmızı vərəqəyə kimi yaxşı getdi”. Stadium.Az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 6-cı turunda “Zirə” ilə keçirilən oyundan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis səfərdə qazanılan 1 xalı qaneedici hesab etdiyini bildirib: “Zirə” yaxşı komandadır. İkinci hissədə çox təzyiq etdilər. Zirədə bir xal qazanmaq yaxşı nəticədir. Uşaqlara təşəkkür edirəm”.

Svanadze haik idarəçiliyi haqda da danışıb: “Qol epizodu haqda dəqiq nəsə deyə bilmərəm. Təkrara baxmaq lazımdır. Qırmızı vərəqəyə gəldikdə isə İlkinin ilk sarı vərəqə aldığı epizodda ona vərəqə verilməyə bilərdi. Məncə, bu qərar düzgün deyildi”.

Svanadze komandanın kapitanı Nizami Hacıyevin zədəsi ilə bağlı da məlumat verib:
“Deyəsən əzələsində yırtıq var. Yaxşı ki, qarşıda fasilə var. Yəqin ki, bu müddətdə sağalar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail