"Qarabağ" - "Atletiko" oyunun hakim təyinatı

17.10.2017 | 5007 dəfə oxunub

“Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasınının II turu çərçivəsində İspaniya təmsilçisi “Atletiko”ya qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.

Stadium.Az xəbər verir ki, oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı fransalı hakimlər birqadası idarə edəcək.

Baş hakim Ruddi Buke ikinci dəfə Bakıda fit çalacaq. 40 yaşlı referi daha əvvəl Azərbaycan milli komandasının 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Xorvatiya yığması ilə Bakı Olimpiya Stadionunda baş tutan görüşdə iş başında olub. Buke 3 sentyabr 2015-ci ildə keçirilən və 0:0 hesabı ilə nəticələnən matçda azərbaycanlı futbolçular - Kamran Ağayevlə Ruslan Qurbanovu, eləcə də “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevi sarı vərəqə ilə cəzalandırıb. O, Xorvatiyanın da eyni sayda oyunçusuna “sarı” göstərib. 

Çempionlar Liqası

C qrupu, III tur

18 oktyabr

20:00. "Qarabağ" (Azərbaycan) - "Atletiko" (Madrid, İspaniya)

Baş hakim: Ruddi Buke

Yan xətt hakimləri: Giyom Debar, Fredérik Kano

Əlavə köməkçi hakimlər: Amori Deleru, Fransua Leteksyö

Dördüncü hakim: Bertran Juanno (hamısı Fransa)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail