Qara Qarayev: "Bu oyunlar Bakıda futbol bayramına çevrilməlidi" - MÜSAHİBƏ

17.10.2017 | 5466 dəfə oxunub

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Atletiko”nu qəbul edəcək “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Atletiko” barədə ancaq xoş sözlər söyləmək olar. Bu komanda son vaxtlar alqışalayiq oyun göstərir. Qrupun ən aqressiv oyun sərgiləyən komandasıdı. Yəqin ki, sabah da belə oyun sərgiləyəcəklər. Sabah yaxşı oyun göstərib, doğma azarkeşlərimiz önündə yaxşı nəticə qazanmağa çalışacağıq.

- Hazırda mövcud olmayan şəhəri təmsil etmək sizin üçün nə deməkdi?

- Əlbəttə, bu mənə çətinlik yaradır. Ancaq “Qarabağ” bu ağrını unutdura bilir. Ümid edirəm ki, tezliklə öz doğma şəhərimizdə çıxış edəcəyik. Qarabağ adı bizə əlavə güc, məsuliyyət verir ki, oyunlara daha ürəklə hazırlaşaq.

- Bu yaxınlarda Almaniya millisinə qarşı çıxış etdin. Milli ilk hissədə bu yığmaya qarşı inamlı çıxış etdi. Bu oyunda qazanılmış təcrübə “Atletiko” ilə matçda sizə nə dərəcədə kömək edəcək?

- Millidə oynamaq “Qarabağ”da çıxış etməkdən fərqlidi. Orda bütün ölkəni, bayrağı təmsil edirsən. Orda yaxşı çıxış etdik. Ancaq rəqibin təzyiqinə davam gətirə bimədik və ardıcıl qollar buraxdıq. Ümumiyyətlə, “Qarabağ”da qazandığımız təcrübə millidə, millidə qazandığımız təcrübə isə “Qarabağ”da bizə kömək edir.

- Artıq 4-cü ildi “Qarabağ” qrup mərhələsində çıxış edir. Əvvəllər futbolçularımızın xaricdə çıxış etməməsinin səbəbini mötəbər yarışlarda şans qazanmamaları ilə izah edirdik. Dörd ildi “Qarabağ”ın əsas heyət üzvü olaraq qrup mərhələsində çıxış etsən də, xaricdən təklif yoxdu. Bunun səbəbini nədə görürsən?

- Yəqin bu 4 il ərzində o səviyyəyə çatmamışam ki, belə təklif olmayıb. Təkcə mənə yox, heç bir azərbaycanlı futbolçuya belə təklif gəlməyib. Avropada oynamağı çox istərdim. Əvvəllər də bu cür təklif olacağı təqdirdə heç düşünmədən qəbul edəcəyimi demişdim. O ki qaldı bu problemin səbəbinə, bunu mən də bilmirəm.

- “Roma” ilə oyunda yağışın yağması və nəqliyyatla bağlı problemlər azarkeşlərə narahatlıq yaratdı. Buna görə bu dəfə biletlər tam satılmayıb. Onların bu oyuna gəlməsi üçün azarkeşlərə hansı çağırışı etmək istərdiz?

- “Roma”dan sonra Bakıda iki böyük komandaya qarşı oyunumuz qalıb. Bu oyunlar Bakıda futbol bayramına çevrilməlidi. Hava bu cür oyunları buraxmaq üçün əsas olmamalıdı. Hələ sabaha kimi vaxt var. İnanıram ki, azarkeşlərimiz yağışa, küləyə baxmayaraq, stadiona gəlib, bizə dəstək olacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail