"Qarabağ" Pedro Enrikeni geri qaytarır?

11.11.2017 | 5292 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Pedro Enrike komandadan erkən ayrıla bilər. Stadium.az Yunanıstanın Sport24.gr saytına istinadən xəbər verir ki, braziliyalının icarə müddəti yayda başa çatsa da, müqavilə ilə məxsus olduğu PAOK klubu onu daha tez sıralarına qaytarmaq istəyir.

Sözügedən sayt Enrikenin qayıdışı üçün 3 səbəb açıqlayıb. Bunlardan birincisi, “Qarabağ”ın Pedronun yüksək maaşı ilə bağlı yunan klubuna məktub ünvanlamasıdı. İddiaya görə, Ağdam klubu “Atletiko” ilə oyunda qırmızı vərəqə görən və artıq Çempionlar Liqasında oynamayacağı dəqiqləşən braziliyalının xidmətinə daxili çempionatda ehtiyac duymur. 

İkincisi, futbolçu özü daha yüksək rəqabətli çempionatda oynamaq niyyətindədi. Üçüncüsü isə PAOK-un idarə heyətinin üzvü Lüboş Mixelin Enrikeni qışda komandada görmək istəməsidi.

Digər səbəb isə futbolçunun mövsüm ərzində 3-cü klubda oynamaq şansının olmamasıdı. Cari mövsüm həm PAOK, həm də “Qarabağ”da meydana çıxan Pedro başqa bir komandaya keçərsə, mövsümün sonuna qədər orda meydana çıxa bilməz. Lakin bu məsələdə son sözü PAOK-un baş məşqçisi Razvan Luçesku deyəcək.

Qeyd edək ki, Çempionlar Liqasının IV turunda “Atletiko” ilə səfər oyununun 59-cu dəqiqəsində Dieqo Qodinə açıq ayaqla zərbə vurduqdan sonra qırmızı vərəqə alan Enrikeyə ən azı 2 oyunluq cəza veriləcəyi gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail