Elnur Cəfərov azarkeşi təhqir edib, söhbətə çağırdı

14.11.2017 | 4847 dəfə oxunub

21 yaşlılardan ibarət yığma komandamızın və “Neftçi”nin futbolçusu Elnur Cəfərov yenidən gündəmə gəlib. Bəstəboy hücumçu çox təəssüf ki, bu dəfə də oyunu ilə yox, özünü apara bilməməsi ilə seçilib.

Stadium.az "futbol11.az"a istinadən xəbər verir ki, noyabrın 8-də evdə Almaniyadan alınan 0:7 hesablı yenilgidə 90 dəqiqə meydanda olan Elnur 5 gün ərzinə ikinci dəfə sosial şəbəkədə diqqəti cəlb edib. Fiaskodan bir gün sonra bahalı maşında gülə-gülə şəklini paylaşan millimizin 20 yaşlı qoçusu indi də onun çıxışından narazı olan  azarkeşi təhqir edərək, söhbətə çağırıb.

Ümumiyyətlə, “İnstagram” hesabında tez-tez türmə həyatı, tin söhbətləri kimi paylaşımlar edən Cəfərovdan bundan artığını gözləmirdik də... Mövsümün əvvəlində oyunsonrası brifinqlərin birində peşəkarlıqdan dəm vuran Cəfərov yaxşısı budu fikrini başqa şeylərə yönəltsin. Elnur, təsbehini qoy qabağına fikirləş. Bunun üçün kifayət qədər səbəbin də var: “Tondella”dan tutmuş “Duqopolye”yə qədər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail