Ronaldo "Real"dan getməyi qərarlaşdırıb

17.11.2017 | 5012 dəfə oxunub

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldo 2017-2018 mövsümünün sonunda klubu tərk etməyi qərara alıb. Stadium.Az "El Chiringuito" telekanalına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu bu istəyini klub prezidenti Florentino Peresə çatdırıb.

Portuqaliyalı forvard komandadakı durumundan narazıdır. Təcrübəli oyunçunu klub rəhbərliyinin ona münasibəti qane etmir.

"Real" yeni müqavilə təklif etsə də, Ronaldo rədd cavabı verib. O, lazımi səviyyədə qiymətləndirilmədiyini bildirib. Digər tərəfdən, dünyanın ən yaxşı futbolçusu "Real" rəhbərliyinin fransalı hücumçu Kilian Mbappe və digər dünya səviyyəli oyunçuları almağa cəhdlərini özünə qarşı hörmətsizlik kimi qəbul edib.

Kriştiano Ronaldo "Real"la 2016-cı ilin noyabrında yeni müqavilə bağlayıb. Onun illik əmək haqqı 21 milyon avrodur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail