Almeyda: "Bu haqda heç nə deyə bilmərəm"

18.11.2017 | 5319 dəfə oxunub

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Premyer Liqanın XII turunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- “Çelsi” ilə vacib oyundan öncə önəmli qələbə qazandıq. 12-13 gün futbol oynamamışdıq. Oyun təcrübəsi baxımından problemimiz var idi. Amma biz xarakter nümayiş etdirdik və növbəti 3 xalımızı aktivimizə yazdırdıq. Oyunumuzda inkişaf var. Get-gedə artırırıq.

- "Sumqayıt”la oyunun Olimpiya Stadionuna salınması “Çelsi” ilə matça görə idi. Necə düşünürsən, bu addımın qarşıdakı vacib görüşdə həqiqətən də “Qarabağ”a xeyiri dəyə bilərmi?

- Əlbəttə, oyunun bu arenada keçirilməsinin “Çelsi” ilə matçda bizə köməyi olacaq. Meydana uyğunlaşmaq önəmli amildir. “Sumqayıt”ı da kiçiltmək istəməzdim. Hörmətə layiq komandadır. Bu gün mübarizə apardılar. Yaxşı oyun göstərdilər. Biz isə öz işimizi görüb, qələbə qazandıq.

- Son oyunlarda “Qarabağ”ın futbolçuları, xüsusən də legionerlər tez-tez qırmızı vərəqə görürlər. Bu, nə ilə bağlıdır?

- Bu haqda heç nə deyə bilmərəm.

- “Çelsi” ilə qarşıdakı oyunda “Qarabağ”dan nə gözləmək olar?

- Çalışacağıq ki, müsbət nəticə qazanaq. İşləmək lazımdır.

- Azərbaycan çempionatında Bakı Olimpiya Stadionunda ilk qolunu vurdun. Bu, tarixə düşmək baxımından sənin üçün önəm daşıyırmı?

- Bunun elə də önəmi yoxdu. Vacib olan qələbə qazanmaq idi. Bunu bacardıq, aktivimizə 3 xalı yazdırdıq. Kimin qol vurmasından çox, komandanın uğur qazanması ön planda dayanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail