Ramiz Mehdiyev: "...mən ümumiyyətlə, həmin müdafiəçini komandada saxlamaram"

18.11.2017 | 5687 dəfə oxunub

“Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Zirə”yə uduzduqları oyundan (0:1) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Uşaqların oyunundan razı qaldım. Nizami Hacıyevin zədəsi olduğundan, ehtiyatda saxlamışdım. 90 dəqiqə oynamağa tam hazır deyil. İlk hissədə buraxdığımız qol planlarımızı pozdu. Ancaq uşaqlar qarşımıza qoyduğumuz tapşırığı 90 faiz yerinə yetirdi. Həmişə uşaqlara deyirəm ki, ilk qolu biz vurmalıyıq ki, oyun planımız pozulmasın.

- Komandanız daha çox hücuma diqqət ayırır. Ancaq heyətinizdə ağır futbolçular var ki, onlar buna uyğun deyil...

- Bununla tam razıyam. Artıq çəkini aradan qaldırmaq üçün müəyyən vaxt lazımdır. Başqa idman növlərində 3 kq çəki atmaq üçün uzun müddət çalışmalı olurlar. Komandada artıq çəkisi olan futbolçuların olduğunu bilirsiniz. Onların bu çəkini atması üçün vaxt lazımdır.

- Nizami Hacıyev artıq "Neftçi” ilə müqavilə bağladığını dedi...

- Biz peşəkar komandanın üzvüyük. "Keşlə" həvəskar komanda deyil. Müqavilə bağlayıbsa, ona uğurlar arzu edirəm. Çalşacağıq ki, qışda onun mövqeyinə yeni oyunçu tapaq.  

- Deməli, qarşıdakı oyunlarda çıxış etməyəcək?

- Xeyr, oynayacaq. Nizami müqaviləsinin son gününə kimi bizdə qalacaq. Hazır olsa, oyuna çıxacaq.

- Artıq çəkinin atılması komandada fiziki yüklənmə yaratmayacaq?

- Belə olacağını düşünmürəm. Hər məşqimiz 90-120 dəqiqə çəkir. Bu məşq zamanı artıq çəkinin atılmasına çalışacağıq. Əlavə yüklənmə olmayacaq.

- Bu, sizin komanda deyil. Artıq üçüncü dövrənin komandasını qurmusunuz?

- Qarşıma qoyulan əsas məqsəd bu heyətlə üçüncü dövrəyə kimi çıxış etməkdi. Ən azı 75 gün vaxtımız var. Lazım olan oyunçuları əvəzləyə bilərik. Kimin müqaviləsi varsa, son günə kimi onların xidmətindən istifadə edəcəyik. Akademiyanın da oyunçularından yararlanacağıq. Bahalı oyunçular almaq fikrimiz yoxdur.

- "İnter”in oyun üslubu var idi - beşli müdafiə. Həmin sistemi dəyişmisiniz. Bu, komandaya nə dərəcədə təsir edəcək?

- Biz bu sistemi birdən-birə pozmadıq. Çünki birdən bunu etmək çox çətinlik yaradardı. Fasilə müddətində vaxtımız var idi. Bu gün bu sistem komandanın qələbəsi üşün planlaşdırılmışdı. İlk hissədə "Zirə”nin üstünlüyünü inkar edə bilmərəm. Lakin ikinci hissədə üstünlüyümüz göz önündə idi. Bir hücumçunu 3 müdafiəçinin saxlaması məşqçinin qorxaqlığıdır. Ancaq indiki sistemdə 2 müdafiəçi 1 hücumçunu saxlayır. Azərbaycan klublarının 1 hücumçudan daha çox istifadə etdiyini nəzər alsaq, 5 müdafiəçili sistemə ehtiyac görmürəm. 2 müdafiəçi 1 hücumçunu saxlaya bilməyəcəksə, mən ümumiyyətlə, həmin müdafiəçini komandada saxlamaram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail