"Keşlə"nin ən ağır günləri

20.11.2017 | 4790 dəfə oxunub

Bakının “Keşlə” klubu antirekorda imza atıb. Stadium.Az PFL-nın rəsmi saytına istinadən xəbər verir ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış edən komanda tarixində ilk dəfə ardıcıl 6 çempionat matçında məğlubiyyət alıb.

Bu yeni antirekord Azərbaycan Premyer Liqasının XII turunda rəsmiləşib. Öz meydanında “Zirə”yə 0:1 hesabı ilə uduzan paytaxt təmsilçisi 6-cı dəfə meydanı xalsız tərk edib.

Sonuncu xalını “İnter” adlandığı vaxt “Zirə” ilə səfər matçında qazanan komanda sentyabrın 23-dəki 1:1 hesablı bərabərlikdən sonra xal üzünə həsrətdir. Bu müddətdə “Neftçi” və “Qarabağ”a eyni 0:2, “Səbail”ə 0:1, “Kəpəz”ə 0:2 və “Sumqayıt”a 1:3 hesabı ilə uduzan keşləlilər uğursuz seriyanı “Zirə” ilə matçda da davam etdirib.

Bunadək 20 yaşlı klubun Premyer Liqa tarixindəki ən uzun məğlubiyyət seriyası 5-ə bərabər idi. Bakılılar 1999/2000 mövsümündə “Xəzər Universiteti” adı ilə ardıcıl 5 dəfə yenilmişdi. 2000-ci ilə təsadüf edən seriya 17 ildən sonra yeni antirekorla geridə qaldı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail