"Kəpəz"in baş məşqiçi bəlli oldu

20.11.2017 | 4916 dəfə oxunub

“Kəpəz”in yeni baş məşqçisi bəlli olub. Stadium.Az xəbər verir ki, Gəncə təmsilçisinin rəhbərliyi Yunis Hüseynovla anlaşıb. Bu barədə Hüseynovun özü məlumat verib.

Hüseynov bu postda Premyer Liqanın XII turu çərçivəsində “Səbail”lə oyundan (2:3) sonra istefaya göndərilən Şahin Diniyevi əvəzləyib. Klubun Müşahidə Şurasının (MŞ) qərarına əsasən, komanda ona həvalə olunub. MŞ-nın sədri Elmir Vəliyevin namizədliyini irəli sürdüyü Yunis Hüseynov şuranın üzvləri tərəfindən tam dəstəklənib. Yeni çalışdırıcı komanda üzvlərinə sabah təqdim olunacaq.

Gəncəli olan Yunis Hüseynov məşqçilik karyerasına 2004-cü ildə başlayıb. 52 yaşlı mütəxəssis bu vaxta qədər “Karvan”, “Standard” və “Xəzər Lənkəran” klublarını çalışdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail