"Çelsi" Olimpiya Stadionundan imtina etdi

20.11.2017 | 5714 dəfə oxunub

"Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la səfər oyunu öncəsi son məşqini matçın keçiriləcəyi Bakı Olimpiya Stadionunda yox, 8-ci kilometr qəsəbə stadionunda keçirəcək.

Stadium.Az xəbər verir ki, məşq sabah saat 15:00-da başlayacaq.  Adətən qonaq komandalar oyunöncəsi son məşqlərini matçın oynanılacağı stadionda keçirirlər.

London təmsilçisinin bu gözlənilməz addımı ilə bağlı “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov Qol.az saytına açıqlama verib. O deyib:

“Bu, böyük ehtimalla baş məşqçinin seçimidir. Antonio Konte hələ İtaliya millisini çalışdırarkən Azərbaycanla matça gələndə də (oktyabr, 2015-ci il - red.) oyunöncəsi məşqi Olimpiya stadionunda yox, “Azərsun Arena”da keçirmişdi. Belə addım atmaqda onun məqsədi bu idi ki, komandanın məşqi qapalı keçsin və heç kim hazırlığa baxa bilməsin. O zaman onlar şərt qoymuşdular ki, kənar heç kim məşqə baxa bilməz. Görünür, bu dəfə isə o, “Çelsi” üçün qapalı ərazini seçib. Hətta bildiyimə görə, futbolçuların motivasiyasını poza biləcək kənar təsirlərin olmaması üçün məşq zamanı stadiona 150 nəfərədək polis əməkdaşı cəlb olunacaq”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail