“Gənclərbirliyi”ndən qeyri-adi qərar

21.11.2017 | 5882 dəfə oxunub

Türkiyənin “Gənclərbirliyi” klubunun yeni baş məşqçisi müəyyənləşib. Stadium.Az xəbər verir ki, ötən gün Məsut Bakkalla yolları ayıran Super Liqa təmsilçisinin rəhbərliyi bu posta Ümit Özatı təyin edib.

Bu barədə klubun prezidenti Murat Cavcav məlumat verib. “Gənclərbirliyi” bu mövsümə məhz Özatın rəhbərliyi altında başlamışdı. Lakin uğursuz startın ardından Ümit istefa verincə, klub rəhbərliyi onun yerinə M.Bakkalı təyin etdi. “Gənclər”i Super Liqada 9 oyuna çıxaran Bakkal bu matçlarda 2 qələbə qazandı, 1 heç-heçə etdi, 6 oyunda isə məğlub oldu. Bu nəticələr rəhbərliyi qane etmədiyi üçün növbəti dəfə baş məşqçi dəyişikliyinə ehtiyac duyulub.

Prezident Cavcavın sözügedən dəyişikliklə bağlı dedikləri də maraqlıdı: “Vaxt itirə bilməzdik. Can dərdindəyik. Bakkalın özünün də dediyi kimi, bu transferləri o etməyib. Biz də bu transferləri həyata keçirən Ü.Özatı yenidən bu vəzifəyə gətirməyi doğru hesab etdik. Mövsümün əvvəlindəki toplanış da Ümitin rəhbərliyi altında gerçəkləşdiyinə götə, o, həm komandanı, həm transferləri, həm də klubu yaxşı tanıyır. Görüşdük, danışdıq və ən uyğun variantın bu olduğuna qərar verdik”.

“Gənclərbirliyi” 12 turdan sonra cəmi 8 xalla Super Liqanın aşkar autsayderidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail