UEFA "Milan"ı cəzalandıra bilər

21.11.2017 | 4662 dəfə oxunub

Ötən yay transferlərə sanballı pul xərcləyən "Milan" UEFA tərəfindən sanksiyalara məruz qala bilər. Stadium.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, "rossoneri"nin "Financial fair play" qaydalarının pozulması şübhəsi var.

Ötən həftə klub rəhbərliyi UEFA-nın Nyonda yerləşən mənzil-qərargahında məsələni izah etməyə çalışıblar. Amma "Milan"ın direktoru Marko Fassonenin bəraəti təsirsiz qalıb.

Qurum klubun borclarını ödəmək iqtidarında olmadığını düşünür. "Milan"ın, demək olar ki, bütün maliyyə planları Çempionlar Liqasının qrup mərələsinə çıxmaq üzərində qurulub. Komanda isə hazırda bundan uzaq görünür.

Cəza olaraq "rossoneri"ni cərimə və ya Avrokuboklardan kənarda qalmaq təhlükəsi gözləyir. Klubun hazırki sahibi Yonq Honq Linin qanun pozuntularına yol vermə ittihamına məruz qalması vəziyyəti daha da gərginləşdirir. "Milan" bu mövsüm Avropa Liqasında mübarizə aparır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail