Qurban Qurbanov: "İstərdim ki, sabah məğlub olsaq belə..."
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah Bakıda "Çelsi"yə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallaını cavablandırıb:
- Ağır oyuna çıxacağıq. Həm rəqib, həm də bizim üçün vacib matçdı.
- Pedro Enrike sabah oynamayacaq. Bu sizin üçün ciddi itkidi. Onun yerində kimi oynatmaq fikriniz var? Kintana sabah meydana çıxacaqmı?
- Pedro haqda fikirləşmirik. Daninin oynaması haqda da hələ dəqiq qərar verməmişik. Bu gün, sabah vəziyyətinə baxacağıq. Ondan sonra qərar verəcəyik. Pedronun mövqeyində kimin oynayacağını indi deyə bilmərəm.
- İki heyətlə oynamaq arzunuz nə vaxt gerçəkləşəcək?
- Çempionat oyunlarında belə rotasiyalar edirik. Amma bəzən iki heyət üçün oyunçu yetərli olmur. Zədələri də nəzərə almaq lazımdı. Təkcə biz yox, digər klublar da futbolçu potensialını gücləndirməlidi. Biz hələ o səviyyəyə çatmamışıq. Həm klub kimi formalaşmağa, həm də komanda olaraq yaxşı oyun göstərməyimizə çox vaxt lazımdı.
- Qrupda üçüncü yeri tutmaq fikri komandada təzyiq yaradırmı?
- Təzyiq həmişə olur. Bu turnir bir nömrədi. Çempionlar Liqasında oynayan futbolçu da, mən də təzyiq altında qalırıq. Azarkeşlər bizdən yaxşı nəticə gözləyirlər. Bu da normaldı. Amma qarşımızdakı rəqibi düzgün qiymətləndirməliyik. “Çelsi” dünyanın ən güclü klublarından biridi. Məşqçiləri də ən güclülərdəndi. Onlarla oyun rahat keçmir. Hər bir rəqibə çox ciddi yanaşırlar. Biz bunu başa düşürük. Mən dəfələrlə demişəm ki, biz çox təcrübə toplamalıyıq. Futbolçular da bunu anlayırlar. Sabah “Çelsi”yə qarşı layiqli oyun göstərməyə çalışacağıq. Onların nöqsanını görə bilməzsən. Hər davranışı düşünülmüşdü. Futbolçularımız rəqibi anbaan izləməlidilər. Bu onlar üçün ağır olacaq. Amma oyunçularıma güvənirəm. Rəqib fərqli sistemlərdə oynayır. İstərdim ki, sabah məğlub olsaq belə, azarkeşlər stadiondan razı getsinlər. İlk dəfədi ki, azarkeşlərimiz də böyük komandalar, böyük oyunlar görürlər.
- “Çelsi” ilə ilk oyunda gərginlik yaşayan futbolçulardan biri İbrahim Şehiç oldu. Bu, onun və ya digərləri üçün sabahkı matçda problem yarada bilərmi?
- Futbol elə bir səviyyəyə gəlib çıxıb ki, o cür hesablar çox komandaların oyununda ola bilər. “Çelsi” özü ilə eyni səviyyədə olan rəqiblərə də o qədər qol vurub. Görürəm ki, Şehiç haqda sual çox verilir. Amma biz bu barədə düşünmürük. Hər biri təcrübəli futbolçudu. Onda gərək bir məşqçi kimi məni də dəyişsinlər, köməkçim komandanı oyuna çıxarsın. Elə deyil. Biz oyundan-oyuna, gündən-günə, ildən-ilə daha yaxşı komanda olmağa çalışırıq. Allahın izni ilə bunu bacarırıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |