Sadıq Sadıqov tapşırıq verib

22.11.2017 | 9011 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyasında (ACF) məşqçi-müəllimlərlə görüş keçirilib. Stadium.Az xəbər verir ki, tədbirdə qurumun vitse-prezidenti Sadıq Sadıqov ACF tərəfindən lisenziya verilmiş 62 klubun nümayəndələrini qəbul edib.

Görüş zamanı regionlarda və Bakıda keçirilən yarışlarla bağlı klub nümayəndələrinin fikirləri dinlənilib, təklif və iradlar müzakirə edilib.

Məşqçi-müəllimlər federasiya tərəfindən keçirilən yarışların yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq standartlara cavab verdiyini bildiriblər. Onlar yarışların bu formatda keçirilməsinin cüdoçular üçün beynəlxalq yarışlarda daha da böyük uğur qazanması üçün zəmin yaratdığını vurğulayıblar.

Sonra Sadıqov çıxış edərək bildirib ki, yarışlar bundan sonra daha da yüksək səviyyədə təşkil ediləcək. Regionlarda cüdonun inkişafı üçün yeni məşq zalları istifadəyə veriləcək, bu zallar təmənnasız olaraq tatami və kimanolarla təmin ediləcək. Yüksək nailiyyətlər əldə etmiş məşqçi və cüdoçular federasiya tərəfindən mükafatlandırılacaqlar.

Çıxış üçün söz almış bir neçə bölgə və paytaxt məşqçiləri hakimliklə bağlı müəyyən iradlarını səsləndiriblər. Məsələyə həssaslıqla yanaşan Sadıqov bu problemin aradan qaldırılması və təkrar olunmaması üçün lazımi göstəriş və tapşırıqlarını verdi, eləcə də, bu məsələni daim öz nəzarətində saxlayacağını bildirib.

Tədbirdə toxunulmuş vacib məsələlərdən biri də paytaxt klubları ilə müqayisədə regionlarda potensial imkanlı, perspektivli cüdoçuların məşq edib idman ustalığını artırması üçün kifayət qədər rəqib tərəf müqabilinin olmaması, bu cür istedadlı yeniyetmələrin Bakıda yığma komandanın məşqlərində iştirakına federasiya tərəfindən dəstək göstərilməsi olub.

Vitse-prezident bu məsələnin federasiyanın gündəmində olan ən aktual mövzulardan biri olduğunu diqqətə çatdırıb. O, tezliklə Bakı şəhərində ayrılacaq xüsusi mərkəzdə belə birgə təlim-məşq toplanışlarının təşkil olunacağını, eləcə də həmin istedadlı yeniyetmə idmançıların təhsillərini də Bakı şəhərində davam etdirilməsi üçün federasiya tərəfindən lazımi bütün tədbirlərin görüləcəyini bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail