Qurban Qurbanov: "Mən danışmaq istəmirəm, siz də danışmayın" - MÜSAHİBƏ

23.11.2017 | 6253 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Çelsi”yə 0:4 hesblı məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- 90 dəqiqə ərzində yaxşı oyun göstərməyimizi istəyirdim. Amma qırmızı vərəqədən sonra azlıqda qaldıq və oyun istədiyimiz kimi getmədi. Azarkeşlərimizə görə üzüldüm. Bu qədər qırmızı vərəqə aldığımıza görə kimi qınamalı olduğumuzu bilmirəm. Biz həmişə intizamlı komanda olmuşuq. Bəzən belə hallar baş verir. Futbolçularıma təşəkkür etmək istəyirəm. Çox güclü komandaya qarşı oynasalar da, sona qədər çəkinmədilər. Meydanda məğlub olsaq da, mübarizədə uduzmadıq.

- “Qarabağ”ın qapısına ilk penalti təyin olunanda futbolçuları yanınıza çağırdınız. O anda nə baş vermişdi?

- Futbolçulara bəzi tapşırıqlar vermək üçün onları yanıma çağırdım. Gördüm ki, hamısı şokdadı.  Birdən-birə hamısının ruhdan düşdüyünü hiss etdim. Çağırıb, motivasiya vermək istədim. Çünki o halda oynasaydılar, daha böyük hesab qeydə alına bilərdi.

- Penalti epizodları və qırmızı vərəqə haqda hansı fikirdəsiz? UEFA-ya məktub göndərməyi düşünürsüzmü?

- Elə bir fikrimiz yoxdu. Penalti epizodları haqda bir söz deyə bilmərəm. Amma onsuz da, qapımıza penalti təyin etmişdi. O anda qırmızı vərəqə həddindən artıq ağır qərar idi. Son vaxtlar bu məsələyə çox önəm verilir. Qırmızı vərəqəyə görə narazılığım var. Lakin biz hakimlərin qərarını heç vaxt dəyişə bilmərik. Sadəcə, mənə təsir edən odu ki, b.izə, Azərbaycan futboluna, komandamıza, həqiqətən də, kiçik baxırlar? Ancaq “Çelsi”nin belə şeyə ehtiyacı yox idi. Onsuz da, onların gücü hər kəsə bəllidi.

- Hakim qərarları referilərin böyük klublara simpatiyasını göstərir, ya başqa məqamlar var?

- Gəlin, bu haqda çox danışmayaq. Mən danışmaq istəmirəm, siz də danışmayın. Biz ölkə olaraq, həmişə hər kəsə nümunə olmağa çalışmışıq. Öz davranışımız, əxlaqımızla hər kəsə göstərməliyik ki, idman prinsipləri belədi. Belə fikirlər söyləməsək, daha yaxşı olar. Bəlkə də, kiçik nüanslar var ki, biz onları görmürük. Oyunun epizodlarına baxdıqdan sonra daha dəqiq danışmaq olar. Özümüzü elə aparaq ki, bizə həmişə hörmətlə yanaşsınlar.

- Bu mövsüm son 11 oyunda futbolçularınız 6 qırmızı vərəqə alıblar. Bu haqda nə deyə bilərsiz?

- Bayaq da öz fikrimi bildirdim. Hər dəfə qırmızı vərəqə alanda öz fikirlərimi deyirəm. Komandamın yenə intizamlı olmasına çalışıram. Amma hamımız bilirik ki, futbol mübarizə oyunudu. Bu cür səviyyəli rəqiblərə ani məqamda uduzanda da sonu vərəqəyə gedib çıxır. Bu vərəqələrdən bəziləri şübhəli olub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail